Burada sizin reklamınız ola bilər

FHN: Ötən sutka 41 yanğına çıxış olub, dörd nəfər xilas edilib
07 İyun 2021 , 13:15

FHN: Ötən sutka 41 yanğına çıxış olub, dörd nəfər xilas edilib


Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.
 

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
 

Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən bir nəfər yanğın zamanı yanğınsöndürənlər tərəfindən xilas edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR