Burada sizin reklamınız ola bilər

Bakı metrosu ilə gündəlik 400 min sərnişin daşınıb
08 İyun 2021 , 11:07

Bakı metrosu ilə gündəlik 400 min sərnişin daşınıb


Ötən həftə Bakı metrosu ilə gündəlik təxminən 350-400 min sərnişin daşınıb.
 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Primetime.az-a bildirib ki, bu 2 dəfəyə qədər azalma deməkdir.
 

B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən "8 Noyabr" stansiyasında daşınan sərnişin sayı haqda da danışıb:
 

"Adıçəkilən stansiyada orta hesabla təxminən gündəlik 2 500 sərnişin daşınıb".
 

Qeyd edək ki, Bakı metrosu ilə sərnişin daşınması gündəlik ortalama 700 min nəfərdir. B.Məmmədov azalmanın səbəbinin karantin qaydalarına uyğun olaraq təhsil müəssisələrinin bağlı olması və iş yerlərində iş rejiminin fərqli olması ilə əlaqədar olduğunu deyib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR