Burada sizin reklamınız ola bilər


08 İyun 2021 , 12:25

"Onun və sevənlərim üçün yenidən ayaqdayam" - Xatun


Stilist qardaşı Balaş dünyasını dəyişdikdən sonra səhnədən uzaqlaşan müğənni Xatun Əliyeva qayıtmaq qərarı verib.

 

Primetime.az xəbər verir ki, sənətçi obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Xatun görüntüləri İnstaqram hesabında yayımlayaraq, bunları əlavə edib:

 

"Həyat və səhnə arasında elə sıx bağlılıq var ki... Hər ikisi imtahanlarıyla sınağa çəkər səni. Yüksələrsən, büdrəyərsən, əziyyət çəkərsən, bəhrəsin görərsən, bir anda itirərsən, çökərsən... Amma davam edərsən, davam etməlisən. Yenidən ayağa qalxmaq asan olmadı. Onsuz davam edə bilməsəm də, elə öncə onun üçün yenidən dikəlmək və davam etmək qərarımdı. Əminəm ki, onun yoxluğuna, ağrılarına səhnədə və sənətdə sizin sevginiz məlhəm olacaq. Ona görə də sizə, səhnəyə geri qayıdıram. Onun və sevənlərim üçün yenidən ayaqdayam".

 

Xatun "Acı" adlı yeni bir mahnı hazırlayıb. Sənətçi bəstəni yaxın günlərdə təqdim edəcək.

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR