Burada sizin reklamınız ola bilər

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu
09 İyun 2021 , 11:15

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu


Xalq artisti Ağadadaş Ağayev bu gün üçüncü dəfə əməliyyat olunub.

 

Primetime.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat davam edib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib:

 

"Əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Hazırda səhhəti də qənaətbəxşdir".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR