Burada sizin reklamınız ola bilər

Qubada oğul atasını balta ilə öldürdü
10 İyun 2021 , 08:45

Qubada oğul atasını balta ilə öldürdü


İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

Quba rayon prokurorluğundan Primetime.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov  yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər  yetirərək qəsdən öldürüb.
 

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 

Hazırda iş üzrə istintaq davam edir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR