Burada sizin reklamınız ola bilər

Ramiz Əzizbəylinin qardaşı oğlu danışdı:
10 İyun 2021 , 11:12

Ramiz Əzizbəylinin qardaşı oğlu danışdı: "Şəkəri 430-a qalxmışdı" - FOTOLAR


Koronavirusdan dünyasını dəyişən xalq artisti Ramiz Əzizbəylinin nəşi Semoşka xəstəxanasındadır. 
 

Bu haqda Primetime.az-a açıqlamasında xalq artistinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli deyib: "Əmimin nəşi hələ ki, xəstəxanadadır. Harada dəfn edilməsi ilə bağlı Mədəniyyət Nazirliyindən cavab gözləyirik. Son günlərdə heç bir çarə olmadı, həkimlər əllərindən gələni etdilər. Artıq bir həftəyə yaxındır ki, huşu özündə deyildi. Heç kimi tanımırdı, aparatdan ayırırdılar, amma huşu özünə gəlmirdi. 

Yenidən aparata qoşurdular. Son günlər orqanlarının çoxu cavab vermirdi. Koronavirusa yoluxduqdan sonra xəstəxanada infarkt  keçirdi. Şəkəri 430-a qalxmışdı. Üç dəfə insult keçirib, neçə illərdir ki, xəstəliklərlə mübarizə aparırdı. Özünün də, bizim də sağalacağına çox böyük ümidimiz var idi.  Amma ümidlərimiz puç oldu.

Xəstəliyinin ilk günlərində normal idi, sonra pisləşməyə başladı. Nəfəs alması çətinləşdi. Ona görə  palatadan reanimasiya şöbəsinə yerləşdirdilər. Ötən gün axşam saatlarında dünyasını dəyişdi. Şəkər xəstəsi olduğu üçün risk qrupunda idi". 
 

Nurlan Əzizbəyli koronavirusa yoluxan xalq artistinin qızı Xədicə Əzizbəylinin səhhətinin yaxşı olduğunu deyib: "Qızı da koronavirusa yoluxmuşdu, o, sağalıb.  Artıq evdədir".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR