Burada sizin reklamınız ola bilər

Ağdama qanunsuz getmək istəyənlər saxlanıldı
10 İyun 2021 , 15:37

Ağdama qanunsuz getmək istəyənlər saxlanıldı


Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
 

 DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Primetime.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən işğaldan azad edilmiş Qullar kəndinə keçmək istəyən 5 nəfər saxlanılıb.
 

 Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR