Burada sizin reklamınız ola bilər

Ermənistan Kəlbəcəri yenə atəşə tutdu
11 İyun 2021 , 17:13

Ermənistan Kəlbəcəri yenə atəşə tutdu


İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.
 

Primetime.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
 

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR