Burada sizin reklamınız ola bilər

“Jara”nın ilk günündən
24 İyun 2021 , 12:25

“Jara”nın ilk günündən - FOTOLAR


Ötən gün “Jara” beynəlxalq musiqi festivalının açılışı baş tutub.

 

Primetime.az xəbər verir ki, iyunun 27-dək davam edəcək tədbir ilk dəfə Moskvada, “Crocus City Hall”da reallaşıb. Mərasimdə Rusiyanın populyar ulduzları - Filipp Kirkorov, Ani Lorak, Qriqori Leps, Nikolay Baskov, Lolita, Vera Brejneva və başqaları yer alıb, qırmızı xalça keçidində kameralara poz veriblər.

 

Tədbir Rusiyada tətbiq olunan karantin qaydalarının tələblərinə uyğun keçirilir və tamaşaçılar fərdi qoruyucu vasitələr (maska və əlcək) taxmalı, eyni zamanda sosial məsafəyə riayət etməlidirlər.

 

Qeyd edək ki, “Jara” musiqi festivalı yarandığı gündən Bakıda keçirilirdi. Ötən il pandemiya səbəbindən Azərbaycanda baş tutmayan mərasimin bu il Rusiyada keçirilməsi barədə qərara gəlinib.

 

 


 


 


 


 


 


 


 

 

 

 

 

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR