Burada sizin reklamınız ola bilər

Pərviz Abdullayevdən 50-ci qələbə
27 İyun 2021 , 14:44

Pərviz Abdullayevdən 50-ci qələbə


Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
 

Primetime.az xəbər verir ki, o, Türkiyənin İstanbul şəhərində təşkil olunan “Akın döyüş arenası”nın iştirakçısı olub.
 

İdmançımız braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə qarşılaşıb.
 

77 kq çəki dərəcəsində mübarizə aparan Pərviz bu döyüşdən qələbə ilə ayrılıb. Təmsilçimiz “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşmada cənubi amerikalı rəqibini məğlubiyyətə uğradıb.
 

Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən Abdullayevin 50-ci qələbəsi olub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR