Burada sizin reklamınız ola bilər

Azərbaycanlı idmançı iranlı rəqibini bir dəqiqəyə nokaut edib kəmər qazandı
30 İyun 2021 , 19:27

Azərbaycanlı idmançı iranlı rəqibini bir dəqiqəyə nokaut edib kəmər qazandı - VİDEO


Azərbaycanlı peşəkar kikboksçu Şikar Bədəlov Türkiyənin Konya şəhərində keçirilən KoK (King of Kings) turnirinin kəmərini qazanıb.
 

Primetime.az-ın xəbərinə görə, o, 75 kq çəki dərəcəsində iranlı rəqibi İbrahim Xazaini nokauta salaraq qalib gəlib.
 

O bunu birinci raundun birinci dəqiqəsində bacarıb. Bununla da Şikar KoK kəmərinə sahib çıxıb.

Qeyd edək ki, Şikar Bədəlov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsidir. O, yarışlara Əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında hazırlaşır.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR