Burada sizin reklamınız ola bilər

İstirahət günü 39 dərəcə isti olacaq
17 İyul 2021 , 13:12

İstirahət günü 39 dərəcə isti olacaq


İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Primetime.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 isti, gündüz 32-37 isti, Bakıda gecə 23-25 isti, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.  Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25  isti, gündüz 35-39 isti, dağlarda gecə 13-18 isti,  gündüz  23-28 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR