Burada sizin reklamınız ola bilər


18 İyul 2021 , 15:52

"Yalnız uşağa görə görüşürük"


Reper Dado (Səid Əliyev) müğənni Natavan Həbibi ilə ayrılmalarından danışıb.
 

Primetime.az xəbər verir ki, sənətçi MTV-yə açıqlamasında yalnız övladları üçün görüşdüklərini deyib:
 

"İstəməzdim bu məsələ çox şişirdilsin. Bizim evliliyimiz, münasibət bitdi. Amma uşağı tez-tez gedib görürəm, onlar bizə gəlir. Gediş-gəliş var, yalnız uşağa görə. Alınmadı...".
 

Qeyd edək ki, Dado və Natavan 2017-ci ildə ailə qurub. Toylarından bir neçə ay sonra cütlük ayrıldığını açıqlayıb. Bir müddət sonra yenidən barışan sənətçilər 4 il ərzində dəfələrlə ayrılıb, bir araya gəliblər. Onların bu nikahdan 1 oğlu var.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR