Burada sizin reklamınız ola bilər

Röya kanallardan gileyləndi:
19 İyul 2021 , 15:13

Röya kanallardan gileyləndi: "Hər kəsə pulsuz olar, bizə yox"


Xalq artisti Röya Ayxan telekanallardan gileylənib.

 

Primetime.az xəbər verir ki, müğənni kanalların yerli müğənnilərin kliplərini ödənişsiz yayımlamadığını bildirib. ATV telekanalının əcnəbi klip yayımladığı görüntünü paylaşan Röya bunları əlavə edib:

 

"Təsadüfən 20 dəqiqədir ki, bizim kanalı izlədim. Anladım ki, keçən müddət ərzində heç nə dəyişməyib. 20 dəqiqə ərzində cəmi bir azərbaycanlı müğənni gördüm. Hər kəsə pulsuz olar, özümüzdən başqa".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR