Burada sizin reklamınız ola bilər

Bakıda “Life Center”in yerləşdiyi binadakı yanğın söndürüldü
20 İyul 2021 , 16:52

Bakıda “Life Center”in yerləşdiyi binadakı yanğın söndürüldü


Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olub.
 

Primetime.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 

FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
 

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.
 

Bildirək ki, həmin binada "Life Centre" ticarət mərkəzi yerləşir.

***

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub.
 

Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən üç nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR