Burada sizin reklamınız ola bilər

Polisdən daha bir rayonda “patı” əməliyyatı -
20 İyul 2021 , 17:08

Polisdən daha bir rayonda “patı” əməliyyatı - Saxlanılanlar var


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan iki rayon sakini - Rəvan Abdullayev və Samir Qasımov saxlanılıblar.   
 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
 

Bildirilib ki, saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Abdullayevdən heroin, S.Qasımovdan isə metamfetamin aşkar edilərək götürülüb.
 

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR