Burada sizin reklamınız ola bilər

Hacıqabulda “patı” əməliyyatı
21 İyul 2021 , 15:45

Hacıqabulda “patı” əməliyyatı


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.
 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
 

Bildirilib ki, onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
 

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR