Burada sizin reklamınız ola bilər

Qubada oğul atasını avtomobillə vuraraq öldürdü
21 İyul 2021 , 16:09

Qubada oğul atasını avtomobillə vuraraq öldürdü


Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.
 

Primetime.az xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.
 

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi “Ford” markalı yük avtomobilini geri sürərkən maşının arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.
 

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.
 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR