Burada sizin reklamınız ola bilər

Karantin qaydalarını pozan bir neçə restoran sahibi cəzalandırıldı
23 İyul 2021 , 11:55

Karantin qaydalarını pozan bir neçə restoran sahibi cəzalandırıldı


Bir neçə rayonda karantin rejimi qaydalarını pozan toy sahibləri məsuliyyətə cəlb olunub.
 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qoşabulaq kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
 

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.
 

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan rayonun Seyidan kənd sakini Eldayar Quliyevin fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 65 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.
 

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqanda yerləşən “Toğrul Palace” şadlıq sarayında təşkil edilən toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, fərdi yaşayış evində keçirilən digər bir toy məclisində isə qonaqların sayının normadan artıq olduğu müəyyən edilib.
 

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR