Burada sizin reklamınız ola bilər

“Aİ-98” markalı benzinin qiyməti artıb
03 Avqust 2021 , 12:21

“Aİ-98” markalı benzinin qiyməti artıb


“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.
 

Primetime.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.
 

O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:
 

“Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.
 

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı. 
 

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti də 5 qəpik artraq 1,45 AZN olmuşdu. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR