Burada sizin reklamınız ola bilər

Azərbaycan nefti ucuzlaşdı
04 Avqust 2021 , 13:20

Azərbaycan nefti ucuzlaşdı


Azərbaycan neftinin qiyməti bir qədər azalıb.
 

“Azeri Light” markalı neftin bir bareli 0,62 ABŞ dolları və ya 0,84 faiz ucuzlaşıb.
 

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 72,86 ABŞ dolları təşkil edib.
 

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR