Burada sizin reklamınız ola bilər

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı
04 Avqust 2021 , 15:01

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı


Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
 

Primetime.az xəbər verir ki, Sərəncama əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat vəsait ayrılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR