Burada sizin reklamınız ola bilər

Karantin qaydalarını kobud şəkildə pozan restoran rəhbərliyi
04 Avqust 2021 , 15:23

Karantin qaydalarını kobud şəkildə pozan restoran rəhbərliyi CƏRİMƏLƏNDİ


Agentlik əməkdaşları tərəfindən İsmayıllı rayonunda fəaliyyət göstərən “Damla” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.
 

Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
 

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR