Burada sizin reklamınız ola bilər

Əməkdar mədəniyyət işçisi COVID-19-dan vəfat etdi
04 Sentyabr 2021 , 16:26

Əməkdar mədəniyyət işçisi COVID-19-dan vəfat etdi


Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova koronavirusdan dünyasını dəyişib.
 

Primetime.az xəbər verir ki, barədə qafqazinfo-ya onun yaxınları bildirib. 
 

Məlumata görə, N. Sadıxova 57 yaşında vəfat edib.
 

Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
 

2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilib.

SİZƏ MARAQLI OLA BİLƏR