Burada sizin reklamınız ola bilər

“Qarabağ” – “Bazel” oyununun biletləri satışda
10 Sentyabr 2021 , 12:10

“Qarabağ” – “Bazel” oyununun biletləri satışda


UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyununun biletləri satışa çıxarılıb.


Primetime.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10 və 40 manat təşkil edir.
 

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.


Satış məntəqələri:


Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);


Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);


FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;


Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).

SİZƏ MARAQLI OLA BİLƏR