Burada sizin reklamınız ola bilər

UEFA-dan Əliyar Ağayevə təyinat
13 Sentyabr 2021 , 14:26

UEFA-dan Əliyar Ağayevə təyinat


FİFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.
 

Primetime.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində Danimarkada yerli  “Midtüllan” və Bolqarıstanın “Lüdoqorets” klubları arasındakı qarşılaşmasını idarə edəcək. Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
 

Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.
 

Qeyd edək ki, görüş sentyabrın 16-da Herninq şəhərində oynanılacaq.

SİZƏ MARAQLI OLA BİLƏR