Burada sizin reklamınız ola bilər

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu
18 Sentyabr 2021 , 14:27

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO


Bu gün Şuşa şəhərində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı olub.   

 

Primetime.az xəbər verir ki, Üzeyir Hacıbəylinin ad günündə keçirilən festival dahi bəstəkarın heykəlinin ucaldığı parkda baş tutub. Festivalda mədəniyyət və incəsənət xadimləri, tanınmış şuşalılar iştirak edirlər. 

 

Qeyd edək ki, 18-24 sentyabr tarixlərini əhatə edəcək sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Festivaldə Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.

 

SİZƏ MARAQLI OLA BİLƏR