Burada sizin reklamınız ola bilər

Tanınmış aparıcı İlham Mirzəyev məşhur layihəsini Türkiyədə davam etdirir
20 Sentyabr 2021 , 18:15

Tanınmış aparıcı İlham Mirzəyev məşhur layihəsini Türkiyədə davam etdirir - FOTOLAR


Azərbaycanın tanınmış teleaparıcısı, pisxologiya üzrə fəlsəfə dokdoru, dosent, "Tale yolları" ilə ürəklərə yol tapan İlham Mirzəyev müəllifi olduģu bu məhşur layihəsini yenidən, amma bu dəfə Türkiyədə həyata keçirməyə start götürdü.

 

TRT/Azerbaycan saytına eksklüziv müsahibəsində İlham Mirzəyev dedi: "İnstagram", "Telegram", "Facebook" və "Youtube" kanallarımda Azərbaycanın tanınmış insanları ilə olan zəngin arxiv materiallarımı paylaşaraq yarımçıq qalan telelayihəmi Türkiyədən davam etdirəcəyimin müjdəsini verirəm". Azərbaycan teleməkanında 25 il boyu təqdim etdiyi duyğu dolu müsahibə proqramları ilə tanınan aparıcı tamaşaçıların sevimlisi idi.

Psixologiyaya dair bir sıra kitablarin müəllifi olan İlham Mirzəyev həm də sözlərinə mahnilar bəstələnmiş nəğməkar şairdir. Teleaparıcının Azərbaycandakı layihəsinin Türkiyədəki davamı haqqında ölkənin TRT 1, TRT Avaz və bir sıra kanallarında xəbərlər verilib. İlham Mirzəyev sözügedən layihə ilə bağlı bunları da söylədi ki, "Bu dəfə tanınmış Azərbaycan sənətkarları ilə yanaşı, Türkiyə sənət dünyası insanlarını da işıqlandırmaq, iki ölkənin mədəni əlaqələrinə mən də öz töhfəmi vermək istəyirəm. Mədəni bir körpü olacaq bu telelayihə ilə həm də dəyərli elm, sənət və iş dünyası adamları qarşılıqlı olaraq Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə dəvət edəcəyik. Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğıstan, Tatarıstan sənətçiləri də var layihəmizdə. Məqsəd Türk dünyası mədəniyyət incilərini bu coğrafiyalarda qarşılıqlı tanıtmaq və sevdirməkdir".

SİZƏ MARAQLI OLA BİLƏR