Burada sizin reklamınız ola bilər

Bu dəfə onlar münsif oldular
23 Sentyabr 2021 , 18:13

Bu dəfə onlar münsif oldular


Dünyaca məşhur "The Voice" - "Səs Azərbaycan" layihəsi yeni mövsümündən etibarən İTV kanalında yayımlanacaq.

 

Primetime.az xəbər verir ki, həftəlik proqramın ilk bölümü 8 oktyabr tarixində saat 21:30-da izləyicilərə təqdim olunacaq. Layihədə münsif kürsüsündə Xalq artistləri Brilliant Dadaşova, Tünzalya Ağayeva, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və bəstəkar, ifaçı Murad Arif əyləşəcək.

 

Xatırladaq ki, layihə daha əvvəl AzTV telekanalında yayımlanıb. Həmin vaxt müğənni Emilia Yaqubova ilk mövsümün qalibi olub. İlk buraxılışda münsif kürsüsündə Xalq artistləri Mübariz Tağıyev, Faiiq Ağayev, Tünzalə Ağayeva və Əməkdar artist Manana əyləşmişdi.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR