Burada sizin reklamınız ola bilər

“İdman TV”nin canlı yayımında kuryoz hadisə
02 Oktyabr 2021 , 09:45

“İdman TV”nin canlı yayımında kuryoz hadisə - VİDEO


İdman TV-nin canlı yayımı zamanı müxbir İbrahim Məmmədli çətin anlar yaşayıb.

 

Primetime.az xəbər verir ki, Bakı İdman Sarayından efirə canlı bağlanan telekanalın əməkdaşı futzal üzrə ölkə çempionatında yeni mövsümə start verilməsi ilə bağlı danışıb.

 

Bu zaman "Neftçi" - "Ekol" matçının yan xətt hakimi arxaya doğru qaçanda fərqinə belə varmadan müxbirə dəyib.

 

İ.Məmmədli "Canlı bağlantılar zamanı belə hallar olur" deyərək vəziyyətdən çıxmağa çalışıb.

 

Həmin anın videosunu təqdim edirik:


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR