Burada sizin reklamınız ola bilər

Güləşçilərimizdən inamlı qələbə
03 Oktyabr 2021 , 14:44

Güləşçilərimizdən inamlı qələbə


Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
 

Primetime.az xəbər verir ki, ikinci yarış günündə 57, 65, 79 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
 

Əfqan Xaşalov 1/8 finalda Meksika təmsilçisi ilə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən qalib gəlib.
 

Əli Rəhimzadə ilk mərhələdə Koreya idmançısına məğlub olub.
 

Mübarizəyə 1/8 finaldan qoşulan Əşrəf Aşırov Slovakiya güləşçisini üstələyib.
 

Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib.

57 kq

1/8 final: Əfqan Xaşalov - Roberto Alexandro (Meksika) *8:8

1/4 final: Əfqan Xaşalov

65 kq

1/16 final: Əli Rəhimzadə - Yunsik Yun (Koreya) 2:3

79 kq

1/8 final: Əşrəf Aşırov - Axşarbek Qulayev (Slovakiya) 4:0

1/4 final: Əşrəf Aşırov

92 kq

1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan) 10:0

1/4 final: Osman Nurməhəmmədov

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR