Burada sizin reklamınız ola bilər

Azərbaycan İrlandiyaya qarşı
09 Oktyabr 2021 , 10:14

Azərbaycan İrlandiyaya qarşı


Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. Primetime.az xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.
 

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün də mütləq qalib gəlməlidir.
 

Yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq.
 

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
9 oktyabr

 

20:00. Azərbaycan – İrlandiya
Baş hakim: Espen Eskas (Norveç).
Bakı Olimpiya Stadionu.
 

Xal durumu: Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 2, Azərbaycan – 1.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR