Burada sizin reklamınız ola bilər

Kamil Əliyevin 100 illik yubileyi qeyd ediləcək
12 Oktyabr 2021 , 17:00

Kamil Əliyevin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam


Prezident İlham Əliyev Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
 

Primetime.az xəbər verir ki, sərəncam Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılmasında və yeni inkişaf mərhələsinə yüksəldilməsində görkəmli xalçaçı-rəssam Kamil Əliyevin təqdirəlayiq xidmətləri nəzərə alınaraq imzalanıb.
 

Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR