Burada sizin reklamınız ola bilər

Bakıda 21 dərəcə isti olacaq
13 Oktyabr 2021 , 13:35

Bakıda 21 dərəcə isti olacaq


Oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Primetime.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində  az çiskinli olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi  760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 14-də  Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Səhər bəzi  yerlərdə duman olacaq. Mülayim  qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°  isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz  7-12° isti olacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR