Burada sizin reklamınız ola bilər

Gəncədəki partlayış səsinin səbəbi məlum oldu
13 Oktyabr 2021 , 14:54

Gəncədəki partlayış səsinin səbəbi məlum oldu


Bu gün Gəncə şəhərində bir neçə dəfə partlayış səsləri eşidilib. Şəhər sakinləri redaksiyamıza yazaraq situasiyadan məlumatsız olduqlarına görə narahatlıqlarını bildiriblər.

 

Hüquq-mühafizə orqanlarından Primetime.az-a verilən məlumata görə, bu gün Gəncə şəhəri kənarında yerləşən boş sahədə istifadəyə yararsız olan sursatların utilizasiyası prosesi keçirilir:

 

"Buna görə də həmin tullantılar təhlükəsiz şəkildə partladılaraq məhv edilib. Vətəndaşların nigaran olmasına heç bir səbəb yoxdur".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR