Burada sizin reklamınız ola bilər

Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi
16 Oktyabr 2021 , 14:44

Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi


Bu gün 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

 

Taarif Şurasından Primetime.az-a verilən məlumata görə, iclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

 

Tarif (qiymət) Şurasının iclasında dünya bazarında təbii qazın bahalaşması, ölkəmizin enerji dayanıqlığı məqsədilə bu sahəyə investisiya qoyuluşunın təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələlər müzakirə edilmişdir.

Aparılan müzakirələrdə ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas strateji hədəf kimi müəyyən edilməsi, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, bu sahədə mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillər nəzərə alınmaqla müxtəlif tarif artımı variantları dəyərləndirilmişdir. Təhlillər göstəririr ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur.

İclasda tarif artımı variantları nəzərdən keçirilərkən, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi vurğulanmışdır.

Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə təbii qazdan istifadə tarifləri aşağıdakı kimi təsdiq edilmişdir:

QAZ

 

Əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılır

• Tarif dəyişikliyinin əhaliyə təsiri:

 

- İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq;

 

İŞIQ

 

- Əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilir. Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts  müəyyənləşdirilir;

 

• Tarif dəyişikliyinin əhaliyə təsiri:

 

- Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur; Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.

SİZƏ MARAQLI OLA BİLƏR