Burada sizin reklamınız ola bilər

Azərbaycanın məşhur rejissoru telekanal rəhbəri təyin edildi
19 Oktyabr 2021 , 16:50

Azərbaycanın məşhur rejissoru telekanal rəhbəri təyin edildi


"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) rəhbərlik edəcək.
 

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Primetime.az-a verilən məlumata görə, bununla bağlı sədr Rövşən Məmmədov əmr imzalayıb. 
 

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. R. Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.
 

Bu təyinata kimi Ü. Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

SİZƏ MARAQLI OLA BİLƏR