Burada sizin reklamınız ola bilər


20 Oktyabr 2021 , 15:06

"Qızıllarımı dəyər dəyməzə satdım" - Əməkdar artistdən səmimi AÇIQLAMA


Əməkdar artist Gövhər Rzayeva "Günün sədası" verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, qarmon ifaçısı pandemiyada maddi sıxıntı çəkdiyini bildirib:

 

"Qarmon sənətinin əziyyəti çoxdur, amma qazancı azdır. Hər toya da getmirəm. Əzizlərimin toyuna gedirəm, bilirəm ki, əziyyətimə dəyər. Sillə ilə üz qızardırıq. Pandemiyada əziyyət çəkdik.

 

Toy olanda hamı qazanırdı. Çox əziyyət çəkdim. Nə qızılım var idi, hamısını satdım. Oturursan evdə, qapı döyülür, qaz, işıq pulu istəyən gəlir. Yeyib-içmək var, qadın üçün çox əziyyətlidir. Həm kişiyik, həm qadın, özümüzü idarə edirik. Mən heç kimə demirəm, utanıram. Guya desəm, kömək edəcəklər? O vaxt kömək ediləcək ki, mənə artıq lazım olmayacaq. Bir ayağım gorda olanda yardım olunacaq, nəyimə lazımdır? Özümə deyirəm ki, görünüş varlı, cibi boş, yazıq Gövhər".

SİZƏ MARAQLI OLA BİLƏR