Burada sizin reklamınız ola bilər

Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi
21 Oktyabr 2021 , 10:45

Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi


Zaqatalada daha bir göbələkdən zəhərlənmə halı qeydə alınıb.
 

Primetime.az xəbər verir ki, rayonun Dağlı kənd sakini İbrahim Mehdiyev ötən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı ona göbələkdən zəhərlənmə diaqnozu qoyulub. Xəstənin vəziyyəti orta-ağırdır.
 

Qeyd edək ki, ötən gün də Zaqatalada bir ailənin 3 üzvü göbələkdən zəhərlənib. Oktyabrın 19-u isə Qax rayonunda 2 uşaq göbələk zəhərlənməsindən vəfat edib.

SİZƏ MARAQLI OLA BİLƏR