Burada sizin reklamınız ola bilər

“Məni sevməyənlər motivasiyamı artırır”
21 Oktyabr 2021 , 12:07

“Məni sevməyənlər motivasiyamı artırır” - VİDEO


Bu gün Xalq artisti Tünzalə Ağayevanın ad günüdür.

 

Primetime.az xəbər verir ki, müğənninin 45 yaşı tamam olur. Özü ilə bağlı paylaşım edən Ağayeva bunları yazıb:

 

“45 yaşımın gözəlliyini, kefini çıxartmağımı, dolu yaşamağı diləyirəm özümə. Bu il iki yubileyimi qeyd edirəm: səhnəmin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir. Bunlar Allahın lütfü və mərhəmətidir. Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram. Həyatıma girən “pis, neqativ“ adlandırdığım insan və hadisələrə də ayrıca sağolum var. Çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə, sevənlərimə həmişə minnətdaram. Sevməyənlər də sağ olsunlar - motivasiyamın artmasına səbəb olduqları üçün”.

 

SİZƏ MARAQLI OLA BİLƏR