Burada sizin reklamınız ola bilər

“Qardaşım yanlış vurulmuş iynədən öldü”
21 Oktyabr 2021 , 14:34

“Qardaşım yanlış vurulmuş iynədən öldü” - Pərvin


Aktrisa Pərvin Abıyeva illər əvvəl yaşadığı qardaş itkisindən danışıb.

 

Primetime.az xəbər verir ki, bunu o, ilk dəfə “Özəl” verilişində etiraf edib. Abıyeva qardaşının həkim məsuliyyətsizliyi, yanlış vurulmuş iynədən həyatını itirdiyini deyib:

 

“Ailədə ortancılam. Məndən böyük bir bacım, özümdən altı yaş balaca bir qardaşım var. Bacımdan öncə rəhmətə getmiş bir qardaşım olub. Anam həmişə deyirdi ki, ona çox oxşayırsan”.

 

Aktrisa ikinci, üçüncü sinfə qədər saçının qısa olduğunu bildirib:

 

“Anam məni oğlan kimi böyüdürdü. Bir növ məndə onu görürdü. Anam saçımı özü kəsirdi. Elə bil o saç məni oğlan kimi böyüməyə məcbur edib. Mənim uşaqlığımı xatırlayan insan indi məni görəndə şoka düşür ki, sən oğlan uşağı olmusan”.

SİZƏ MARAQLI OLA BİLƏR