Burada sizin reklamınız ola bilər


21 Oktyabr 2021 , 16:23

"7 ildir 21 oktyabr mənim üçün vacib və sevincli günlərimdən biridir"


Bu gün aparıcı İlkin Həsəninin ad günüdür.

 

Primetime.az xəbər verir ki,  onun həyat yoldaşı, bloger Aysel Həsəni İnstaqram hesabında Həsənini belə təbrik edib:

 

“Uşaq idim, evimizdən dəfələrlə səsi gəlirdi, televizorda görürdüm, verilişinə baxırdım... O gün desəydilər ki, bir neçə il sonra bu oğlan sənin sevdiyin adam, həyat yoldaşın, qızının atası olacaq, gülüb keçərdim.

 

Tam 7 ildir 21 oktyabr mənim üçün vacib və sevincli günlərimdən biridir. Nə deyim? Daha təsəvvür belə etməyəcəyimiz qədər  qeyd edək. Əl-ələ, sevgin, sevgimiz daim artsın. Hər gün daha bərk sevgi ilə günə birlikdə başlayıb, birlikdə bitirək.S əni sevirəm ad günün mübarək, mister Həsəni”.

 

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.

SİZƏ MARAQLI OLA BİLƏR