Burada sizin reklamınız ola bilər

Qəbələdə üç yaşlı uşaq su quyusuna düşərək öldü
21 Oktyabr 2021 , 15:45

Qəbələdə üç yaşlı uşaq su quyusuna düşərək öldü


Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
 

Primetime.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.
 

Belə ki, kənd sakini, 2018-ci il təvəllüdlü Seymur Teymur oğlu Əliyev həyətdə oynayarkən su quyusuna düşüb. Nəticədə azyaşlı boğularaq ölüb.
 

Faktla bağlı araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR