Burada sizin reklamınız ola bilər

Sabah güclü külək əsəcək
21 Oktyabr 2021 , 16:08

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidməti məlumat yayıb.
 

Bildirilib ki, Azərbaycanın rayonlarında isə oktyabrın 22-də gündüz cənub-qərb küləyinin ayrı-ayrı rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

SİZƏ MARAQLI OLA BİLƏR