Burada sizin reklamınız ola bilər

İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi
21 Oktyabr 2021 , 17:51

İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi


İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.
 

Primetime.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.
 

O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
 

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.

SİZƏ MARAQLI OLA BİLƏR