Burada sizin reklamınız ola bilər

Birinci doza vaksin vurduranların sayı 5 milyonu ötdü
21 Oktyabr 2021 , 18:06

Birinci doza vaksin vurduranların sayı 5 milyonu ötdü


Azərbaycanda son sutkada koronavirus əleyhinə 32 200 vaksin vurulub.
 

Primetime.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 
 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 484, ikinci mərhələ üzrə 15 716 nəfərdir.
 

Vurulan vaksinlərin ümumi sayı 9 289 672, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 726, ikinci mərhələ üzrə isə 4 281 946 nəfər təşkil edir.

 

SİZƏ MARAQLI OLA BİLƏR