Burada sizin reklamınız ola bilər

Yasa gedən COVID xəstəsi saxlanıldı
22 Oktyabr 2021 , 10:46

Yasa gedən COVID xəstəsi saxlanıldı


Salyan rayonunda evdən çıxan koronavirus xəstəsi saxlanılıb.
 

DİN Mətbuat Xidmətindən Primetime.az-a verilən məlumata görə, Salyan rayon sakini İ.Məmmədovun COVID-19 infeksiyası testinin nəticəsi pozitiv çıxıb və ev şəraitində müalicə təyin edilib.
 

Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib. İ.Məmmədov tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
 

Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR