Burada sizin reklamınız ola bilər

Sabahın havası açıqlandı
22 Oktyabr 2021 , 13:05

Sabahın havası açıqlandı


Azərbaycanda oktyabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb. 
 

Milli Hidrometeorologiya Xidmətindən Primetime.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
 

Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 18-20° isti olacaq.
 

Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
 

Tibbi-meteoroloji proqnoz
 

Oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Azərbaycanın rayonlarında
 

Əsasən yağmursuz müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

SİZƏ MARAQLI OLA BİLƏR