Burada sizin reklamınız ola bilər

Avropa çempionatı:
22 Oktyabr 2021 , 16:30

Avropa çempionatı: Azərbaycanın iki boksçusu bürünc medal qazandı


Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
 

Federasiyadan Primetime.az-a verilən məlumata görə, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.
 

51 kq-da mübarizə aparan Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.
 

Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.
 

Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.

SİZƏ MARAQLI OLA BİLƏR