Burada sizin reklamınız ola bilər

Kərimin vəziyyəti ağırdır: “Nə danışır, nə tərpənir”
05 Noyabr 2021 , 15:18

Kərimin vəziyyəti ağırdır: “Nə danışır, nə tərpənir”


“Kərimin vəziyyəti çox pisdir, necə var eləcə də düşüb qalıb. Nə danışır, nə tərpənir”.
 

Primetime.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhətindən danışarkən deyib. O, Kərimin sağlıq durumunun günü-gündən geri getdiyini deyib:
 

“Müsbət heç nə yoxdur. Əksinə, gerilik var ki, irəliləyiş yoxdur. Həkimlər deyir tərpənməsin yerindən, yəni onu bundan sonra harasa aparmaq mümkün deyil”.
 

Meyxanaçı həmkarının gözəl səsi olduğunu xüsusi vurğulayıb:
 

“Hərdən yanına gedirəm, baxıram ürəyim ağrıyır. Onda olan səs meyxanada heç kimdə yoxdur. Tez-tez də oğlundan soruşuram. Daha o halda da deyil ki, yanına adam gəlsin, öz dərdi ilə baş-başadır. Amma onun vəziyyəti ilə maraqlananlar çoxdur, dövlət də dəstək olur. Allah kömək olsun, bu sənətdə Kərim bir də yetişər, ya yox, bilmirəm”.

 

Qeyd edək ki, meyxana ifaçısı Ağakərim Novruzov 2017-ci ilin mart ayında insult keçirib.

SİZƏ MARAQLI OLA BİLƏR